Yazını böyüt
Yazını kiçilt
Rusiyanın “Vaqner” muzdlu şirkətinin rəhbəri Yevgeni Priqojin rus generallara qarşı ittihamlarını davam etdirir.
Hafta.az-ın yazdığına görə, Priqojin sosial şəbəkədə yayımladığı son videosunda Ukraynada cəbhə xəttində öldürülən rus muzdluların cəsədlərini göstərib. Priqojin öldürülən "Vaqner" üzvlərini göstərərək rus komandirləri təhqir edib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimova müraciət edən Priqojin onlara sursat verilmədiyini deyib.
Priqojin Rusiya liderlərini “dəbdəbədən həzz almaqda” ittihamlayıb və bildirib ki, Ukraynada cəbhə xəttində öz səhlənkarlığı ucbatından rus könüllülər həlak olub.
"Vaqner"lə Rusiya nizami ordusu arasında gərginlik çoxdan mövcuddur.